Xəbər lenti

 

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları narkotik vasitənin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Ovqat.com-a verilən məlumata görə, idarənin "Qoşa Təpə" gömrük postunda, daxil olan əməliyyat məlumatı əsasında, İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb. 

Vətəndaşın üzərində şəxsi yoxlama zamanı, onun daxili orqanında (düz bağırsağında) 13 ədəd bükümdə xalis çəkisi 218,508 qram olan heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 1 028          Tarix: 11-05-2017, 15:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma