Xəbər lenti

 

Rusiyanın Samara vilayətinin Mexzavod adlı qəsəbəsində yerli sakinlərlə burada işləyən Ermənistan vətəndaşları arasında atışma baş verib.

Ovqat.com-un 1in.am-a istinadən verdiyi məlumata görə, atışma zamanı Ermənistan vətəndaşı olan 3 nəfər erməni müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yerli "Volqa nyus" qəzetinin yazdığına görə,atışmaya səbəb 3 nəfər yerli sakinlə 3 nəfər Ermənistan vətəndaşı arasında 1000 rubla görə düşən mübahisə olub: "Hüquq-mühafizə orqanları əməkdaşlarının araşdırmalarına görə, yerli sakinlərlə ermənilər 1000 rublu bölüşdürə bilməyiblər. Nəticədə baş verən əlbəyaxa davada yerli sakinlərdən biri ermənilərə odlu silahdan atəş açıb. Onlardan ikisi yüngül bədən xəsarəti alsa da, üçüncüsü sinəsindən aldığı güllə yarasından özünə gələ bilməyərək xəstəxanada dünyasını dəyişib".

Baş verən hadisə ilə bağlı cinayət işi açılıb. Hazırda yerli hüquq-mühafizə orqanları tərəfindən ermənilərə atəş açan şəxs axtarılır.




Ana səhifəyə qayıt        Baxış: 1 198          Tarix: 11-05-2017, 17:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma