Xəbər lenti

Ağcabədidə 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qarabağ bürosunun verdiyi xəbərə görə, hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun rayonun Avşar kəndi ərazisndən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qazax rayonunu Daşsalahlı kənd sakini, 1987-ci il təvəllüdlü Ceyhun Bayramov idarə etdiyi “Mutsubishi” markalı avtomobilə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobili aşırıb. Nəticədə sürücü C.Bayramov hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər – Qazax rayon Daşsalahlı kənd sakini, 1995-ci il təvəllüdlü Ülvi Əliyev və Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Kənana Budaqov müxtəlif dərəcəli bədən xəsarəıtləri alaraq xəıstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 




Ana səhifəyə qayıt        Baxış: 729          Tarix: 21-04-2018, 14:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma