Xəbər lenti

Masallı rayonunun Aşurlu kənd məscidindəki seyfdən xeyli miqdarda pul oğurlanıb.

DİN-in saytının verdiyi məlumata görə, nazirliyin Kriminalistik Tədqiqatlar İdarəsi və Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 24-də Aşurlu kənd məscidindəki seyfdən 2300 manat, 1300 ABŞ dolları və 16400 rubl (440 manat) oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakinləri, əvvəllər məhkum olunmuşlar – Əli Zeynalov və Nizami Mahmudov saxlanılıblar.

 




Ana səhifəyə qayıt        Baxış: 628          Tarix: 2-05-2018, 15:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma