Xəbər lenti

DİN Goranboyda baş verən ağır qəza ilə bağlı rəsmi məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, mayın 2-də saat 19 radələrində Goranboy rayonunun Xanqərvənd kəndi ərazisində kənd sakini Əli Süleymanovun idarə etdiyi “VAZ-2121” və Ağdam rayon sakini Füzuli Quliyevin idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub. Nəticədə Ə.Süleymanov hadisə yerində ölüb, 2 sərnişini, habelə F.Quliyev və sərnişinləri – arvadı Cəmilə və azyaşlı nəvəsi xəstəxanaya yerləşdiriliblər.

F.Quliyev və Cəmilə orada ölüb.

Goranboy RPŞ tərəfindən araşdırma aparılır.

 




Ana səhifəyə qayıt        Baxış: 775          Tarix: 3-05-2018, 17:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma