Xəbər lenti
2-07-2020, 19:26

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına və 3 saylı İstintaq təcridxanasına mobil telefon aparatlarının keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Strateq.az Penitensiar Xidmətə istinadən bildirir ki, Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan şəxs Fətullayev Məhəmməd Hüseyn oğluna qaynatası Xaçmaz rayon sakini İmamquliyev Məmməd Alı oğlu tərəfindən gətirilən sovqata baxış keçirilən zaman sovqatda olan şalvarın cibində gizlədilən sellofan bükülüdə 0,063 qram heroin aşkar edilib: 

“Həyata keçirilən daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 144.2.1; 144.2.3; 144.2.4; 144.2.5; 144.2.6; 181.3.2; 66.3; 67.1 və 317.2.1-ci maddələri ilə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilən və hazırda Bakı İstintaq təcridxanasında saxlanılan şəxs Şahbazov Elməddin Aləddin oğluna xalası oğlu Salyan şəhər sakini Zamanov Soltan Nobil oğlu tərəfindən gətirilən sovqata baxış keçirilən zaman sovqatda olan plastmas yağ qabının içində xüsusi üsulla gizlədilən 1 ədəd Nokia, 1 ədəd Samsung markalı mobil telefon aparatları və 1 ədəd elektrik qidalandırıcısı aşkar edilmişdir.

Digər əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda 3 saylı İstintaq təcridxanasında saxlanılan şəxs Xanbabayev Zamin İsmət oğlunun yanına qısamüddətli görüşə gəlmiş qardaşı Xaçmaz rayon sakini Xanbabayev Məhəmməd İsmət oğlunun əşyalarına və üzrəinə baxış keçirilən zaman şalvarının cibindən daxilində danışıq kartı olan 1 ədəd Nokia markalı mobil telefon aparatı aşkar edilmişdir”.

Hər üç faktla bağlı araşdırma aparılır.

 




Ana səhifəyə qayıt        Baxış: 328          Tarix: 8-05-2018, 17:01      


Paylaş: