Xəbər lenti

İndoneziyada daha iki partlayış olub.

Surabaya şəhərində polis məntəqəsinin girişində partlayış baş verib. Trend-in məlumatına görə, iki motosiklet polis məntəqəsinin girişinə yaxınlaşıb və daha sonra onlardan biri partlayıb. Partlayış nəticəsində 7 nəfər həlak olub.

Bundan başqa  Şərqi Yava əyalətində yaşayış evində partlayış baş verib.

Partlayış nəticəsində biri yeniyetmə olmaqla 3 nəfər həlak olub. Partlayış anında evdə olan 2 uşaq xəsarət almayıb. Polis nümayəndələri hesab edir ki, həlak olanlar partlayıcı qurğu hazırlayırmışlar.

Qeyd edək ki, İndoneziyanın Surabaya şəhərində ötən gün 3, bu gün 1 partlayış baş verib. Ötən gün şəhərdə 3 kilsə partladılıb. Partlayışlar nəticəsində 13 nəfər həlak olub, 40 nəfər isə yaralanıb. Həmçinin polis məntəqəsinin girişində motosiklet partladılıb, nəticədə 7 polis əməkdaşı həlak olub.

 




Ana səhifəyə qayıt        Baxış: 703          Tarix: 14-05-2018, 11:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma