Xəbər lenti

Quba rayonunda qar uçqunu altında qalan alpinistlərdən birinin meyiti ailəsinə təhvil verilib.

“Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvü Fəridə Zəbiyulla qızı Cəbrayılzadənin meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsində müayinə edilib. Müayinədən sonra meyit ailəsinə təhvil verilib.

F.Cəbrayılzadənin meyiti dəfn edilməsi üçün Bakıya gətirilir.

Xatırladaq ki, ötən il dekabrın 26-da Quba rayonunda dağlıq ərazidə “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Fəridə Zəbiyulla qızı Cəbrayılzadə, Babur Vaqif oğlu Hüseynov və Namin Nizami oğlu Bünyatzadə itkin düşüblər. Dekabrın 27-dən Fövqəladə Hallar Nazirliyinin (FHN) peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkarlanıb. (Report)

***

İtkin düşmüş alpinistlərdən ikisinin meyiti ailəsinə təhvil verilib.

“Report”un Şimal bürosu xəbər verir ki, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsində müayinə edilən daha bir alpinistin – Babur Vaqif oğlu Hüseynovun meyiti ailəsinə təhvil verilib. Meyit dəfn edilıməsi üçün Bakıya gətirilir.

 




Ana səhifəyə qayıt        Baxış: 477          Tarix: 17-05-2018, 13:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma