Xəbər lenti

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 6-sı Pakistan, 6-sı Türkiyə, 2-si Moldova və 1-i Filippin vətəndaşı olmaqla, ümumilikdə 15 nəfər əcnəbi saxlanılıb.

Bu barədə DMX-dən məlumat verilib. Saxlanılmış Pakistan və Moldova vətəndaşlarının Azərbaycan Respublikasının ərazisində qanunsuz əmək fəaliyyəti (səyyar ticarət) ilə məşğul olduqları məlum olub.

Türkiyə və Filippin vətəndaşlarının isə ölkədə miqrasiya (olma və yaşama) qaydalarını pozduqları müəyyən edilib. Saxlanılan əcnəbilər müvafiq qaydada məsuliyyətə cəlb olunub və barələrində qərarlar qəbul edilib. DMX qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirləri davam etdirir.

 




Ana səhifəyə qayıt        Baxış: 799          Tarix: 5-06-2018, 17:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma