Xəbər lenti
 
Ovqat.com Sputnik-ə istinadən xəbər verir ki, Balakəndə iki uşaq atası intihar edib. Hadisə ötən gün axşam saatlarında rayonun Qaysa kəndində qeydə alınıb. Kənd sakini, 1967-ci il təvəllüdlü Rəfael Əli oğlu Nuriyevin meyiti yaşadığı evin tavanından asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkar edilib. Araşdırma zamanı iki övlad atası olan Rəfael Nuriyevin intihar etdiyi məlum olub. Bildirilir ki, R. Nuriyev son illər əsəb xəstəliyindən əziyyət çəkirmiş. Faktla bağlı Balakən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.



Ana səhifəyə qayıt        Baxış: 1 494          Tarix: 5-04-2017, 12:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma