Xəbər lenti

Bakıda tikinti zamanı ölüm hadisəsi baş verib. Fakt Səbail rayonunda qeydə alınıb.

Belə ki, gecə saatlarında “20-ci Sahə” adlanan ərazidə yerləşən yaşayış kompleksinin tikintisi zamanı fəhlə, 1985-ci il təvəllüdlü Həsənov Fuad Oqtay oğlu ehtiyatsızlıqdan 12-ci mərtəbədən yıxılıb. O, hadisə yerindəcə ölüb.

Hadisə yerinə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi və Səbail Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib.

Faktla bağlı cinayət işi başlanılıb. (Report)

 




Ana səhifəyə qayıt        Baxış: 289          Tarix: 27-06-2018, 13:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma