Xəbər lenti

Fövqəladə Hallar Nazirliyi Şəmkirdə göldə 4 nəfərin ölümü ilə bağlı məlumat yayıb.

Strateq.az nazirliyin saytına istinadla  xəbər verir ki, Şəmkir rayonu, Seyfəli kəndində süni göldə batdığı ehtimal olunan Qayıbov Asif Həsən oğlunun, Tağıyev Abil Valeh oğlunun və Məmmədova Məhəbbət Kazım qızının axtarışları başa çatıb.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən Asif Qayıbovun, Abil Tağıyevin və Məhəbbət Məmmədovanın cəsədləri tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Dalğıc-axtarış qrupu hadisə yerinə çatana kimi Əliyeva Zeynəb Ədalət qızının cəsədi polis əməkdaşları tərəfindən sudan çıxarılıb.

 




Ana səhifəyə qayıt        Baxış: 587          Tarix: 2-07-2018, 11:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma