Xəbər lenti

 

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Dürdanə Əhmədovanın barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

APA-nın xəbərinə görə, hakim Samir Əliyevim sədeliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək Dürdanə Əhmədovanın 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Təqsirləndirilənin vəkili Ülkər Yusifova isə müvəkkili barəsində verilən ittihamın əsasının olmadığını və onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

 

Prosesdə hökm oxunub. Hökmə əsasən, Dürdanə Əhmədovaya bu iş üzrə bəraət verilib. Lakin qadın başqa cinayət işi üzrə həbsdə olduğuna görə azadlığa buraxılmayıb.

 

İittihama görə, D. Əhmədova öz evini iki nəfərə sataraq dələduzluq edib. D. Əhmədovaya Cinayət Məcəlləsinin 178.3.2-ci ( külli miqdarda zərər vurma ilə dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

 

O, başqa bir dələduzluq cinayətində təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib.




Ana səhifəyə qayıt        Baxış: 602          Tarix: 4-07-2018, 16:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma