Xəbər lenti

Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza rayonun Sarvan kəndi ərazisində qeydə alınıb. “Mercedes Vito” markalı mikroavtobus və “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində 10 nəfər xəsarət alıb. Qəza zamanı “Mercedes Vito”-nun aşdığı bildirilir.

Xəsarət alan şəxslər Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlardan ikisinin azyaşlı olduğu bildirilir. Qəzanın təfərrüatları müəyyənləşdirilir. Əlavə məlumat veriləcək. (APA)

 




Ana səhifəyə qayıt        Baxış: 692          Tarix: 13-07-2018, 13:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma