Xəbər lenti

Gömrük nəzarətindən gizlədilən mobil telefonlar və aksesuarlar aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “BMW-525” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Baxışdan öncə, sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra baxış zamanı avtomobilin sağ və sol qanadlarının içərisindən 40 ədəd “X-Bo” və 2 ədəd “Samsung Galaxy J3” markalı mobil telefonlar və aksesuarlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 




Ana səhifəyə qayıt        Baxış: 430          Tarix: 13-07-2018, 16:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma