Xəbər lenti

Qəbələ rayonunda 6 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Ötən gecə saat 23:30 radələrində Qəbələ şəhərinin mərkəzində “Merсedes” markalı minik və “İveco” markalı yük avtomobili toqquşub.  Hadisə zamanı minik avtomobilində olan 6 nəfər-Göyçay rayon sakinləri, 1987-ci il təvəllüdlü İsmayılov Elşən Elmdar oğlu, 1990-cı il təvəllüdlü Bəkirov Elçin Mahir oğlu, 1991-ci il təvəllüdlü Mərdanov Kənan Arif oğlu, 1993-cü il təvəllüdlü Babayev Səlim Soltan oğlu, 1991-ci il təvəllüdlü Babayev Fuad Soltan oğlu, 1993-cü il təvəllüdlü Hüseynov Namiq Bəhruz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qəbələ Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Onların Göyçaydan Qəbələyə istirahətə getdiyi bildirilir.

Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (APA)

 




Ana səhifəyə qayıt        Baxış: 619          Tarix: 13-07-2018, 16:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma