Xəbər lenti
7-07-2020, 11:23
7-07-2020, 11:05

Goranboy rayonunda ağır yol qəzası baş verib.
 
Hərəkətdə olan "Belarus" markalı traktorun aşması nəticəsində 4 nəfər xəsarət alıb.
 
Qəza zamanı xəsarət alan  Samux rayonu, Ağasıbəyli kənd sakini, 1967-ci il təvəllüdlü Əsgərov Xanpolad Zahid oğlu, onun həmkəndlisi, 1974-cü il təvəllüdlü Məhərrəmov Daşqın Mədət oğlu, Goranboyun Baxçakürd kənd sakini, 1959-cu il təvəllüdlü Kərimov Rəfail Fərman oğlu və onun həmkəndlisi, 1990-cı il təvəllüdlü Həsənov Xəyal Mədət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq  Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Xəsarət alanlardan ikisinin vəziyyəti orta-ağır, daha ikisinin isə kafidir.
 
Məlumata görə, qəzaya yağan yağışdan sonra yolun çökməsi səbəb olub. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.(apa)

 




Ana səhifəyə qayıt        Baxış: 352          Tarix: 14-07-2018, 12:23      


Paylaş:   

Ən çox oxunanlar