Xəbər lenti

 Sabirabadda piyadanı avtomobil vurub.

APA-nın xəbərinə görə, rayonun Azada kənd sakini, 1969-cu il təvəllüdlü Məmmədov Hikmət Qüdrət oğlu yolu keçərkən mebel daşıyan “Mercedes” markalı yük avtomobili tərəfindən vurulub. Kəllə-beyin travması alan piyada Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 592          Tarix: 25-07-2018, 10:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma