Xəbər lenti

 

Abşeron rayonunda 54 yaşlı kişi metaləritmə sexində alovun üzərinə düşərək yanıb.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, bədbəxt hadisə rayonun Saray qəsəbəsində baş verib.

Belə ki, Sumqayıt şəhər 41-ci məhəllə sakini, 1964-cü il təvəllüdlü Qurbanov Ağəməli Mirzəbala oğlu  Abşeron rayon Saray qəsəbəsində fəaliyyət göstərən metaləritmə sexində işlədiyi zaman yüksək temperaturlu alovun üzərinə düşüb. Onun yanmasına səbəb iş zamanı istifadə etdikləri neftin üzərinə dağılması və ayağı büdrəyərək alovun üstünə yıxılması olub.

Hadisədən sonra ağır yanıq xəsarətləri alan şəxs xəstəxanaya çatdırılıb. Onun bədəninin 70 faizinin yandığı bildirilir.

Ağəməli Qurbanovun vəziyyəti ağır olduğundan Bakıya, xəstəxanaya göndərilib. 




Ana səhifəyə qayıt        Baxış: 438          Tarix: 25-07-2018, 19:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma