Xəbər lenti

 

Zaqatalada itkin düşən çobanın meyiti tapılıb.

Virtualaz.org bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) saytı məlumat yayıb.

Bildirilir ki, Zaqatala rayonunun Car kəndi yaxınlığında dağlıq ərazidə davam edən axtarışlar zamanı bu il iyulun 21-də axtarışların aparıldığı ərazidə naməlum şəraitdə itkin düşmüş 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlunun meyiti FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən aşkar olunub.

Hazırda Q.İbrahimovun meyitinin dağdan endirilməsi üzrə tədbirlər davam etdirilir.

Yüksək, çətin keçilən mürəkkəb relyefli ərazidə aparılan axtarış işlərinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi, kinoloqları və xüsusi təlim keçmiş itləri, Aviasiya dəstəsinin "Mi-17" helikopteri, Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının şəxsi heyəti və helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları, yerli sakinlərdən ibarət könüllülər cəlb olunub.




Ana səhifəyə qayıt        Baxış: 803          Tarix: 26-07-2018, 16:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma