Xəbər lenti

Meksikada Türkiyə səfirliyinin katibi itkin düşüb. Diplomatın itkin düşməsi ilə bağlı ölkənin Baş Prokurorluğu araşdırmalara başlayıb. 

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Baş Prokurorluğun məlumatında bildirilir.

Milliyyətcə türk olan 29 yaşlı qadının iyulun 2-dən itkin düşdüyü bildirilsə də, səfirliyin müşaviri məsələ ilə bağlı yerli hüquq-mühafizə orqanlarına yalnız iyulun 25-də müraciət edib.

İtkin düşən qadın səfirlikdə ikinci katib vəzifəsində çalışıb.

 




Ana səhifəyə qayıt        Baxış: 469          Tarix: 27-07-2018, 12:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma