Xəbər lenti

 Xaçmaz rayonunun Muxtadır qəsəbəsi ərazisində 2 avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

“Report”un  xəbərinə görə, ölən şəxslər Qusar rayonunun Kuzunqışlaq kənd sakinləri-1980-ci il təvəllüdlü Sərkərov Simran Rasim oğlu və 1988-ci il təvəllüdlü Balayev Vadim Nurbaba oğludur.

Yaralılar isə Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Əlirzayev Müşfiq Nizami oğlu, Qusar rayonunun Kuzunqışlaq kənd sakinləri-1987-ci il təvəllüdlü Mustafayev Qorxmaz Şövkət oğlu və Babayev Nəcəf Akif oğludur.

Xəsarət alanlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və hər üçünə qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi diaqnozu qoyulub, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində cinayət işi başlanıb.




Ana səhifəyə qayıt        Baxış: 684          Tarix: 28-07-2018, 10:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma