Xəbər lenti

 Xətai rayonunda intihara cəhd hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə Nobel prospektində yerləşən binanın həyətində baş verib.

1997-ci il təvəllüdlü Hüseynzadə A.Ə. (ad şərtidir) özünü yaşadığı mənzilin eyvanından yerə atıb. Beşinci mərtəbədən özünü yerə atan qız xoşbəxtlikdən sağ qalıb. O, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 280          Tarix: 28-07-2018, 10:35      


Paylaş: