Xəbər lenti

 İmişlidə 1 nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Otuziki kəndində qeydə alınıb.

Otuziki kənd sakini, 1995-ci il təvəllüdlü Əzizov Mirxalid Mirqiyas oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobilin qarşısına motosiklet çıxması nəticəsində avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə sürücü və avtomobildə olan İmişli rayon Soltanmuradlı kənd sakini, 1968-c il təvəllüdlü Əzizli Könül Maqsud qızı, Otuziki kənd sakinləri, 1968-ci il təvəllüdlü Güləliyeva Gültəkin Hacağa qızı, 1972-ci il təvəllüdlü Əzizova Validə Qoçəli qızı ağır xəsarətlər alaraq İmişli rayon xəstəxanasına yerləşdirliblər. Qəza zamanı sərnişinlərdən biri - Əzizov Qiyas Mirbaba oğlu  hadisə yerində ölüb.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 688          Tarix: 30-07-2018, 10:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma