Xəbər lenti

 Ərinin özünü öldürdüyünə görə qayınatasını günahkar bilən Amanda etdiyi əmələ görə peşman olmadığını söyləyib
Ovqat.com  Sputnik-ə istinadən xəbər verir ki, ərinin intiharına görə günahkar hesab etdiyi qayınatasını bıçaqla öldürən qadın, sonra əlindəki qanlı bıçaqla cəsədin qarşısında selfi çəkib, sosial şəbəkədə yayımlayıb. Bu barədə Sputnik Azərbaycan azadqadin.az-a istinadən xəbər verir. ABŞ-ın Virciniya ştatında 59 yaşlı qayınatası Çarlz Teyloru öldürən 26 yaşlı gəlini Amanda Teylor kişinin cəsədi ilə selfi çəkib, sonra da sosial mediada paylaşıb. Ərinin özünü öldürdüyünə görə qayınatasını günahkar bilən Amanda etdiyi əmələ görə peşman olmadığını söyləyib. O, şəkli paylaşarkən “çox xoşbəxtəm” yazıb. Məhkəməyə çıxarılan qadın ömürlük həbs cəzası alıb.





Ana səhifəyə qayıt        Baxış: 620          Tarix: 19-05-2017, 21:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma