Xəbər lenti

 Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhər Avtovağzalının qarşısında qeydə alınıb.

1953-cü il təvəllüdlü Şahmir İslam oğlu Hüseynov yolun qarşı tərəfinə keçmək istəyərkən onu avtomobil vuraraq ağır xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyata alınıb.

Faktla bağlı araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 462          Tarix: 31-07-2018, 10:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma