Xəbər lenti

 

Quba rayonunda yol qəzası baş verib.

Ovqat.com xəbər verir ki, Report-un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Qonaqkənd yolunun rayonun Rostov kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Daewoo Nexia” və “Renaut” markalı minik avtomobilləri toqquşub. Nəticədə birinci maşının sürücüsü – Qubanın Afurca kəndinin sakini, 1963-cü il təvəllüdlü Namiq Nəsrulla oğlu Siracov, həmçinin ikinci avtomobilin sürücüsü, 1954-cü il təvəllüdlü Hikmət Nəsirov və onun nəvəsi, 2002-ci il təvəllüdlü Rostov kənd sakini Aytac Ramil qızı Nəsirova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Quba rayon Polis şöbəsində araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 572          Tarix: 10-09-2018, 21:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma