Xəbər lenti

Sumqayıtda dənizdə iki nəfər gəncin batması ilə bağlı araşdırmalara başlanıb.

Trend-in məlumatına görə, hadisə sentyabrın 16-da Novxanı çimərliyinin Sumqayıt şəhəri ərazisində, “Caspian Breeze” adlanan ərazidə baş verib. 2000-ci il təvəllüdlü Hüseynov Fərid Ələddin oğlu və 1999-cu il təvəllüdlü Baxışzadə Hatif Hatəm oğlu “Caspian Breeze” ərazisində dənizdə çimərkən boğulub.

Hər iki şəxsin meyiti tapılaraq sudan çıxarılıb. Hadisə ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırmalar aparılır və zərurət olduğundan məhkəmə-tibb ekspertizası təyin edilib.

Hadisə ilə bağlı izahatlar alınıb.

 




Ana səhifəyə qayıt        Baxış: 406          Tarix: 17-09-2018, 16:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma