Xəbər lenti

Göygöldə baş verən ağır yol qəzası nəticəsində 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Göygöl şəhərində qeydə alınıb.

İlkin məlumata görə, rayonun təmizlik idarəsinə məxsus yük maşınının aşması nəticəsində 2 nəfər avtomobilin altında qalaraq ölüb. Daha 2 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Meyitlərin yük maşınının altından çıxıarılması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 




Ana səhifəyə qayıt        Baxış: 535          Tarix: 6-10-2018, 12:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma