Xəbər lenti

Qəbələ rayonunda ərəb turistlərin yaşadığı evdə yanğın olub.

Hadisə rayon mərkəzində yerləşən fərdi evlərdən birində baş verib. Belə ki, ərəb turistlərin kirayələyərək yaşadığı evdə baş verən yanğın zamanı bir nəfər ölüb, iki nəfər yaralanıb. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Qəbələ Rayon Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın lokallaşdırılıb.

Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

**

Qəbələ rayonunda ərəb turistlərin qaldığı evdə baş verən yanğın zamanı bir nəfər ölüb, 6 nəfər yaralanıb.

“Report”un Şirvan bürosu xəbər verir ki, hadisə zamanı evdə olan Küveyt vətəndaşları – 1993-cü il təvəllüdlü Əhmad Adnan Əl-Həmidi, 2001-ci il təvəllüdlü Nura Adnan Əl-Həmidi, 1989 -ci il təvəllüdlü Sara Adnan Əl-Həmidi, 2017-ci il təvəllüdlü Adam Mudar Əl-Dehni, 1960-ci il təvəllüdlü Raba Muhammed Əl-Rovaşda, 1958-ci il təvəllüdlü Adnan Əl-Həmidi müxtəlif dərəcəli bədən xəsarətləri və tüstüdən zəhərlənmə diaqnozu ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yralılara ilkin tibbi yardım göstərilib, onlardan 3 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirlir.

 




Ana səhifəyə qayıt        Baxış: 458          Tarix: 8-10-2018, 16:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma