Xəbər lenti

Yevlax rayonunda sərxoş sürücü qəza törədib.

“Report”un Qərb bürosunun məlumatına görə, Qırğız Respublikasının vətəndaşı, 1965-ci il təvəllüdlü Dima Aleksandr oğlu sərxoş halda idarə etdiyi yük avtomobilini aşırıb.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü xəstəxanaya yerləşdirilib. Yük maşınında daşınan müxtəlif markalı avtomobillər isə yola aşıb.

Faktla bağlı araşdırma aparılır.

 




Ana səhifəyə qayıt        Baxış: 351          Tarix: 29-10-2018, 16:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma