Xəbər lenti

 

Quba rayonunda yol qəzası baş verib.

Ovqat.com xəbər verir ki, "Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Qonaqkənd avtomobil yolunun rayonun Qam-qam kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı, 38-BC-973 dövlət qeydiyyatı nişanlı avtomobil hərəkətdə olarkən qarşısına çıxan piyadanı vurmaqdan yayınmaq üçün yolun qarşı tərəfinə keçib və "VAZ-21015" markalı minik maşını ilə toqquşub. Nəticədə "VAZ-21015" markalı avtomobildə olan, hələlik adı məlum olmayan qadın sərnişin yaralanıb. O, ağır vəziyyətdə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 455          Tarix: 6-11-2018, 19:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma