Xəbər lenti

Tacikistanın Soqd vilayətinin Xocənd şəhərindəki ciddi rejimli cəzaçəkmə müəssisəsində baş vermiş qiyamda həlak olan məhbusların sayı 47 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu haqda Tacikistanın “Axbor” portalı məlumat yayıb.

Məlumatda bildirilir ki, 47 məhbusun nəşi ekspertizadan keçirildikdən sonra ailələrinə təhvil verilib, qiyamda yaralanan 121 məhbus isə xəstəxanada müalicə edilir. Qiyam zamanı həbsxanada çalışan iki zabit və bir xüsusi təyinatlı da həlak olub, kalonun on keşikçisi yaralanıb.

Xatırladırıq ki, noyabrın 7-dən 8-nə keçən gecə İŞİD qruplaşmasının üzvü olan məhbuslardan biri keşikçinin avtomatını əlindən alaraq həbsxananın nəzarətçi və keşikçilərinə atəş açıb. Bundan sonra məhbuslar birləşərək kalonun bir korpusunu ələ keçiriblər və bununla da qiyam başlayıb.

Cəza evindəki qiyama görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.

 




Ana səhifəyə qayıt        Baxış: 310          Tarix: 12-11-2018, 11:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma