Xəbər lenti

Tbilisidə keçirilmiş xüsusi əməliyyat zamanı saxlanılan şəxslərin Gürcüstandakı siyasi proseslərlə əlaqələrinin olub-olmadığı araşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumatda deyilir: “Dekabrın 2-də Tbilisidəki iki oteldə keçirilmiş xüsusi əməliyyat nəticəsində 6-sı Ukrayna vətəndaşı olmaqla 7 nəfər saxlanılıb. Onlardan tapança və əldə düzəldilmiş digər odlu silahlar götürülüb. İstintaqla onların Gürcüstana noyabrın 27-də gəldikləri məlum olub. Gürcüstan DİN və Dövlət Təhlükəsizlik Xidməti hazırda onların ölkədə baş verən siyasi proseslərlə (prezident seçkiləri və müxalifətin mitinqləri) əlaqəli olub – olmadıqlarını araşdırır”.

Mətbuatın yazdığına görə, saxlanılanlardan biri gürcü hərbçisi, Ukraynadakı “Donbas” taborunun könüllü döyüşçüsü Luka Çxetiyadır. Onun atası Serqo Çxetiya bildirib ki, oğlu Tbilisiyə müxalifətin kütləvi aksiyasında iştirak etmək üçün gəlib.

Gürcüstanın güc strukturları bu faktı araşdırır.

Məlumat üçün qeyd edək ki, Gürcüstan DİN əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində 7 nəfər saxlanılıb. Onların barəsində qanunsuz silah saxlama, partlayıcı hazırlama və s maddələr üzrə cinayət işi açılıb.

 




Ana səhifəyə qayıt        Baxış: 210          Tarix: 3-12-2018, 12:02      


Paylaş: