Xəbər lenti

 

Fevralın 27-də Buzovna qəsəbə sakinləri V.Əliyev və arvadı İ.Manafovanın xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə məlumat daxil olmuşdur.

DİN Mətbuat Xidmətindən Ovqat.com-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Araşdırmalarla onların saat 22 radələrində qəsəbə ərazisində yolun kənarı ilə gedərkən avtomobillə vurulduqları müəyyən edilmişdir.

Bakı ŞBPİ-nin Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən hadisənin “Mercedes” markalı avtomobillə törədildiyi müəyyən edilmişdir.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini R.Novruzov polis əməkdaşları tərəfindən saxlanılmışdır.

Araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 775          Tarix: 6-03-2019, 12:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma