Xəbər lenti

 

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli bölgəsində polisin keçirdiyi əməliyyat zamanı 2 kq heroin tapılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis bir azərbaycanlı və bir İran vətəndaşı olmaqla, iki nəfəri saxlayıb.

Faktla bağlı cinayət işi açılıb. Saxlanılan şəxsləri 8 ildən 20 ilədək həbs cəzası gözləyir.




Ana səhifəyə qayıt        Baxış: 151          Tarix: 21-07-2019, 16:39      


Paylaş: