Xəbər lenti

 

Sumqayıtda şadlıq sarayında yanğın başlayıb.

Hadisə 17-ci mikrorayonda yerləşən "Nur" şadlıq sarayında qeydə alınıb.

Yanğın toy məclisi olan zaman restoranın mətbəxt bacasından başlayıb. Toyda iştirak edənlər təxliyyə olunub.

Hadisə yerində FHN-in yanğınsöndürənləri cəlb olunub.

***

Sumqayıt şəhərində “Nur” şadlıq sarayında baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri tərəfindən söndürülüb.

FHN-dən verilən məlumata görə, yanğın zamanı şadlıq sarayında olan 300 nəfərə qədər vətəndaş və 60 nəfər personal təhlükəsiz əraziyə təxliyə edilib.

Xəsarət alan olmayıb. \\Qafqazinfo




Ana səhifəyə qayıt        Baxış: 432          Tarix: 25-08-2019, 00:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma