Xəbər lenti

 

Tərtər rayonunda hərbi sursat partlayıb.


Yerli sakinlərin verdiyi məlumata görə, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb. 


Əl qumbarasının partlaması nəticəsində bir nəfər ölüb, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Yaralı Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Ölən və yaralı şəxslərin hələlik şəxsiyyəti məlum deyil.


Faktla bağlı araşdırma aparılır. \\Demokrat




Ana səhifəyə qayıt        Baxış: 360          Tarix: 29-08-2019, 20:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma