Xəbər lenti

 

Daxili İşlər Nazirliyi ötən iki gün ərzində baş verən cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlayıb.

Teleqraf.com xəbər verir ki, respublika ərazisində 2 gün ərzində törədilən 33 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətinaçılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 12 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 6 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 23 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.




Ana səhifəyə qayıt        Baxış: 388          Tarix: 2-09-2019, 10:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma