Xəbər lenti

 

Bu il avqustun 1-dən 31-dək ölkə ərazisində baş vermiş yol-nəqliyyat hadisələrində ümumilikdə 87 nəfər həlak olub.
Oxu.Az müvafiq statistikanı Daxili İşlər Nazirliyinin saytının kriminal xronika bölməsindən əldə edib.
Bu ölüm hallarından 25-i piyadaların vurulması ilə bağlıdır.
Yol qəzaları nəticəsində 80 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Ötən ilin eyni dövründə baş vermiş yol-nəqliyyat hadisələri zamanı isə 69 nəfər ölüb ki, onlardan 14-ü piyadadır.
2018-ci il avqustun 1-dən 31-dək qeydə alınmış qəzalar nəticəsində ümumilikdə 246 nəfər xəsarət alıb.



Ana səhifəyə qayıt        Baxış: 397          Tarix: 4-09-2019, 13:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma