Xəbər lenti

 

Ağsuda iki aylıq körpə anası qətlə yetirilib.

Ovqat.com Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında, rayonun Qiyaslı kəndində baş verib. İlkin məlumatlara görə, Qiyaslı kənd sakini Nəriman Zahidov qardaşının həyat yoldaşı, 19 yaşlı Xumar Zahidovanı kəndirlə boğaraq öldürüb.

Yoldaşı hərbçi olan gənc ananın iki aylıq körpəsi var. Hadisənin hansı şəraitdə baş verməsi və səbəbləri Ağsu rayon Prokurorluğu tərəfindən araşdırmalardan sonra bəlli olacaq.




Ana səhifəyə qayıt        Baxış: 455          Tarix: 6-09-2019, 13:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma