Xəbər lenti

 

Neftçala rayonunda yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə bu gün günorta saatlarında Neftçala-Xolqaraqaşlı avtomobil yolunda qeydə alınıb. 

Belə ki, “Mersedes” və “Lexus” markalı avtomobillər toqquşub. Nəticədə 3 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ölənlərin və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 427          Tarix: 7-09-2019, 15:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma