Xəbər lenti

 

Özbəkistanın paytaxtı Daşkəndin Şayxantaxursk rayonunda MMA döyüşçüsü Müslüm Amanov bıçaq zərbəsi ilə öldürülüb.

“Qalampir”in xəbərinə görə, 23 yaşlı idmançının qətlinin təfərrüatı hələlik bəlli deyil.

“Səttarov” komandasını təmsil edən Müslüm Amanov MMA-da altı döyüş keçirib. O, bunlardan dördündə qələbə qazanıb, ikisində uduzub. Onun son döyüşü iyulun 6-da Dağıstanda keçirilmiş “Qorets” turnirində olub. Amanov həmin döyüşdə azərbaycanlı Cəfər İsmiyevi məğlub edib.

Qeyd edək ki, bu, Daşkənddə ilk belə hal deyil. Ötən ilin avqustunda “Aurum 898” gecə klubunda Özbəkistan çempionu, MMA döyüşçüsü Cəmşid Kencayev öldürülmüşdü. Bu cinayətlə bağlı dörd insan mühakimə olunmuşdu. Onlardan üçü beş, biri isə 18 il məhkum olunmuşdu. 




Ana səhifəyə qayıt        Baxış: 473          Tarix: 11-09-2019, 16:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma