Xəbər lenti

 

Şamaxıda kütləvi dava olub. 

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə gecə saatlarında rayonun Sabir qəsəbəsində qeydə alınıb. 

Mübahisə zamanı bir qrup şəxs arasında düşən davada qəsəbə sakini, 1976-cı il təvəllüdlü Əzimov Cavanşir Əlməmməd oğlu bıçaqlanıb. C.Əzimov tərəfləri ayrımağa çalışarkən bıçaq zərbəsi onun üzündən qulağınadək olan hissəsi kəsilib. 

O, dərhal Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdilib. Vəziyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 534          Tarix: 21-09-2019, 11:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma