Xəbər lenti

 

Biləcəridəki Mərkəzi Dəmiryolu Xəstəxanası orada baş vermiş uşaq ölümü ilə bağlı məsələyə münasibət bildirib. 

Xəstəxanadan Oxu.Az-a bildirilib ki, yeni doğulan körpədə həyat əlamətləri olmayıb:

“Abşeron rayonu, Qobu qəsəbə sakini, 20 yaşlı Səadət Qurbanova 39 həftəlik hamiləlik, baş gəlişi, birinci doğuşun üçüncü dövrü, iri döl diaqnozu ilə Mamalıq-ginekologiya bölməsinin  doğum blokuna daxil olub.

Səadət Qurbanovaya və onun qohumlarına qeysəriyyə əməliyyatı təklif olunsa da, onlar bu təkliflə razılaşmayıb. Sentyabrın 23-də, saat 10:30-da təbii yolla çəkisi 4300 qr olan qız uşağı dünyaya gəlib. Yeni doğulan körpədə həyat əlamətləri olmayıb".

“Bütün zəruri reanimasion tədbirlərə baxmayaraq, onda həyat əlamətləri əmələ gəlməyib, ölüm qeydə alınıb”, - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, ötən gün Mərkəzi Dəmiryolu Xəstəxanasında körpə ölümü ilə bağlı məlumat yayılıb. 




Ana səhifəyə qayıt        Baxış: 394          Tarix: 26-09-2019, 11:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma