Xəbər lenti

 

Astarada yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gecə Ələt-Astara yolunun Şahağacı kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Lənkəran şəhər sakini, 1975-ci il təvəllüdlü Zaur Mustafa oğlu Hacıyevin idarə etdiyi “Lada Priora” markalı, 99 NM 246 dövlət qeydiyyat nişanlı avtomobil Astaradan Bakı istiqamətində hərəkətdə olarkən camışa çırpılıb. 

Nəticədə, sürücü ağır bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Avtomobildəki sərnişin - 1983-cü il təvəllüdlü Masallı rayon sakini Aslanov Cavid Nazim oğlu hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma aparılır. 




Ana səhifəyə qayıt        Baxış: 394          Tarix: 1-10-2019, 11:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma