Xəbər lenti

 

Bakıda ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan “VAZ-2107” markalı avtomobilin sürücüsü, 31 yaşlı Abuzərov Elman Rauf oğlu xəstəxanada vəfat edib. 

"Report" xəbər verir ki, həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.


***00:52

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə bu gecə Qala Əyləncə Parkının yanında qeydə alınıb. 

Belə ki, “VAZ-2107” markalı avtomobil yoldan çıxaraq dirəyə çırpılıb.

Qəza nəticəsində sürücü, 1988-ci təvəllüdlü Abuzərov Elman Rauf oğlu xəsarət alıb. Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb. 

Yaralı təcili əməliyyata götürülüb. Faktla bağlı araşdırma aparılır. 




Ana səhifəyə qayıt        Baxış: 401          Tarix: 11-10-2019, 09:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma