Xəbər lenti

 

Türkiyənin Kocaeli şəhərində vətəndaşların dini hisslərindən istifadə edərək sədaqə adı altında ev, avtomobil, torpaq və pul aldığı iddia edilən “Rafət Əfəndi” adlı şəxs və onun liderlik etdiyi şəbəkə ifşa edilib.

Teleqraf.com xəbər verir ki, şəhərdə mömin olaraq tanınan və Allahla mütəmadi “görüşdüyünü” iddia edərək insanlardan mülk, pul hədiyyəsi qəbul edib onlara cənnət vəd edən “Rafət Əfəndi” kod adlı Ş.Ö. saxlanılıb.

Saxta peyğənbərlə birlikdə onun şəbəkəsinin 15 üzvü də həbs olunub. Axtarış zamanı onların evindən çoxlu pul və sənədlər ələ keçirilib.

Şəbəkə üzvlərinin ifadəsindən aydın olub ki, “peyğənbər” onunla görüşmək istəyən şəxslərdən “üzünü göstərmək” üçün 500 türk lirəsi pul alırmış.

Ən qəribəsi budur ki, “Rafət Əfəndi” cənnət vəd etdiyi qurbanarına namaz qılmağın vacib olmadığını deyirmiş.




Ana səhifəyə qayıt        Baxış: 375          Tarix: 11-10-2019, 14:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma