Xəbər lenti

 

Şəmkir rayonunda bibisini amansızlıqla öldürməkdə təqsirli bilinən 1999-cu il təvəllüdlü Ayxan Zamanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Dadaş İmanovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası noyabrın 4-nə təyin olunub.

İttihama görə, bu il iyulun 25-də 1994-cu il təvəllüdlü Aynurə Zamanova bıçaqlanaraq qətlə yetirilib.

Polisə könüllü təslim olan Ayxan Zamanov qətlə yetirilən qadının qardaşı oğludur və hadisənin qısqanclıq zəminində törədib.

Ayxan Zamanov ilkin ifadəsində bibisini qısqanclıq zəminində öldürdüyünü bildirib: “Tez-tez telefonda kiminləsə danışır, görüş yeri təyin edirdi. Əvvəl elə bilirdim ki, sevdiyi oğlan var. Bir neçə dəfə izlədim, telefonla danışaraq evdən çıxandan sonra arxasınca getdim. Gördüm ki, hər dəfə ayrı-ayrı oğlanlarla görüşür. Axşam evə gələndə soruşdum ki, haradan gəlirsən? Dedi ki, özüm bilərəm, sən kimsən məni sorğu-sual edirsən.

Bu səbəbdən mübahisə etdik. Mən mətbəxə keçərək oradan götürdüyüm bıçaqla bibimə zərbələr vurmağa başladım. Həmin vaxt özümdə deyildim. Sonradan bildim ki, 12 bıçaq zərbəsi vurmuşam”.

İstintaq orqanı tərəfindən Ayxan Zamanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.




Ana səhifəyə qayıt        Baxış: 295          Tarix: 26-10-2019, 15:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma