Xəbər lenti

 

ABŞ-ın Kaliforniya ştatındakı Orinda şəhərində keltlərin və irlandiyalıların ənənəvi bayramı olan Hellouin şənlikləri zamanı baş vermiş atışma nəticəsində ən azı 4 nəfərin öldüyü, daha bir neçə insanın yaralandığı bildirilir.

Polisin ilkin məlumatında avtomat silahla şənliyin keçirildiyi evə atəş açan şəxsin hadisə yerindən qaçdığı bildirilir. Yaralıları yaxınlıqdakı xəstəxanaya çatdırılıb, neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

ABŞ-da Hellouinə həsr edilmiş daha bir insident iki gün əvvəl Kaliforniya ştatının Lonq-Biç şəhərində baş verib. Həmin atışmada üç nəfər həyatını itirib, daha doqquz nəfər isə yaralanıb. \\Teleqraf.com




Ana səhifəyə qayıt        Baxış: 361          Tarix: 1-11-2019, 23:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma